"Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır".

"Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur".

“Əsas olan öz qəlbindəkilərini yazmaqdır.”

    Xəbərlər

    Yazıçı Şəmil Sadiq “İlin Gənc Alimi” seçilib

    34195461_1673492489372087_1095527010521841664_n

    46188022_10217597635075557_4746282012787081216_o

    Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadıqov 2018-ci ildə ədəbiyyatşünaslıq elmi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “İlin Gənc Alimi” adına layiq görülüb. Alimə diplom Nizami Gəncəvi adına Ədəbiyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tərəfindən institutun 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə təqdim olunub. Bu mükafatı 40 illik yubileyi ərəfəsində alan yazıçı bunu gəncliyin son notlarının mukafatı kimi dəyərləndirib. “Bu mənim üçün surpriz oldu. Ədəbiyyat İnstitutunda işləməsəm də, İlin gənc alimi nominasiyasına layiq görülmək bir başqa zövqdür. Hələ ki bu mukafa layiq görülməyim bədii yaradıcılığımın, həyat fəlsəfəmin ustadı İsa Muğanna haqqında yazdığım monoqrafiya və elmi araşdırmalarım da xüsusi vəsilə olması bir başqa aləmdir”.

     

    46254638_1907018389352828_2841283344916807680_n

    46031619_1905400432847957_1658479150081507328_n

    46195104_1905400256181308_1973547746073772032_n

    46154980_1905400116181322_2925490632635973632_n46052530_1905400602847940_7826405589931524096_n

     

    46043930_1905399846181349_8021124306027151360_n

  • Picture3
    Xəbərlər

    Şəmil Sadiq ” Mənim uğur yolum”

    Tələbələri karyera yolunda maarifləndirmək məqsədilə Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti, Polygon klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə “Hədəf” Şirkətlər Qrupunun direktoru f.ü.f.d., dos., Şəmil Sadiq…

  • IMG_9825
    Xəbərlər

    Lisey rəhbəri Şəmil Sadiqdən iş məsləhətləri

    Dəyərli gənclərə üzümü tuturam, bir dəfə də bu mövzuda yazmışdım, bir müəllim olaraq, yenə yazmağı özümə borc bildim. Bu gün ölkəmizdə işə düzəlmə və işdən çıxma məsuliyyəti gənclərdə heç ürəkaçan deyil.…

  • IMG_7853
    Xəbərlər

    Azərbaycan Qəzeti Hədəf STEM Liseyindən yazdı

    Müasir dövrün inkişafının əsasını təşkil edən yüksək texnologiyaların tələbləri, yəni qlobal trendlərin yaratdığı zərurət dünyanın innovativ inkişafını şərtləndirir. Bu, bütün sahələrlə yanaşı, təhsildə də özünü göstərir. Yeni yanaşmalar, dünyada baş verən…