Bölmə baxışı

Azərbaycan

Azərbaycan Elmi-pedaqoji

Firəng qulbeçəsi

IMG_0769

Ədəbiyyatşünaslar kənarda qaldıqca, ədəbiyyat həvəskarları ədəbiyyatı küçə söhbətlərinə çevirirlər. Üç-beş yazarın ədəbi tənqidçi, üç-beş siyasətçinin ədəbiyyatşünas, üç-beş yad mehi ilə təsirlənmişlərin ədəbiyyat tarixçisi kimi haray-həşir salmaları adamı elə yandırır, elə yandırır. Ha istəyirsən dözəsən, özünü küyə getmişlər sırasında hiss etməyəsən, alınmır ki, alınmır. Nağıllarımızın birindəki kimi, sanki atın qabağına ət, itin qabağına ot qoyublar. Əslində, qoymayıblar, at yabılaşıb və harınlayıb ki, ətə hücum edir, it də başını itirib qoyun kimi otla eşələnir. Davamına bax

Azərbaycan Elmi

Azərbaycan elmi Mirzə Kazım bəyə sahib çıxmalıdır

mirzekazim

Noyabrın 27-si  şərqşünas, tarixçı, türkşünas və filoloq Mirzə Kazım bəyin anım günüdür. O, 1802-ci ildə iyulun 22-i Rəştdə anadan olub.  Kazımbəy İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənməklə yanaşı rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə “Ərəb dilinin qramatikası” adlı kitabını yazır. Mirzə Kazım bəy 1870-ci il,noyabrın 27-i, Sank-Peterburqda vəfat edib.  Davamına bax

Azərbaycan Elmi

Cavidi tanıya bilmək üçün…

IMG_0196

 

Cavidi tanıya bilmək üçün sadəcə əbədi adın kölgəsində kölgələndik… Elə tanıtmaq üçün də bu kölgənin böyüklüyündən danışdıq. Amma sadəcə özümüzə… Heç yovşan ətirli əngin çöllərə Cavid deyə hayqıra bilmədik. Bu böyük kölgəni yaradan isə Cavid dühası idi. Davamına bax

Azərbaycan Elmi Elmi-pedaqoji

İsa Muğannanın “İlan dərəsi” kitabında tarixilik və mistika

1488404595_muqanna-1

İsa Muğanna… Bu ad bütün Azərbaycan oxucusuna doğmadır. Ədəbiyyata gəldiyi gündən keşməkeşli bir ömür yolu keçən İsa Muğanna tutduğu qələmə həmişə sadiq qalmış, çətinliklərə, təzyiqlərə baxmayaraq, inandığı yoldan dönməyən dahi bir şəxsiyyət kimi özünü təsdiqləmişdir. Ədəbiyyatımızda, bəlkə də, dünya ədəbiyyatında onun kimi ikinci bir şəxsiyyət yoxdur ki, uzun illər öncə yazdığı əsərlərə dönə-dönə qayıtsın, məzmununda ciddi dəyişikliklər etsin. Bəlkə də, kimlərsə bunu cəsarətsizlik və lüzumsuz bir hal kimi qəbul edir. Amma, məncə, bu İsa Muğannanın yazdıqlarına və düşündüklərinə sədaqətli olmasından və səmimiliyindən irəli gəlir. Çünki Davamına bax