Bölmə baxışı

Səfər qeydləri və xatirələr

Səfər qeydləri və xatirələr Video

Şəmil Sadiq “Çöldə” uğur sirrini açdı

https://youtu.be/JoBvgybcUAQ
shamil sadiq colcu
“Çöldə Yaşam Öyüdləri” verilişində bu dəfə öz uğur açarını paylaşan yazıçı, pedoqoq və iş adamı Şəmil Sadiq olub. 
BakuPost xəbər verir ki, verilişin yaradıcı və aparıcısı Eltən Qədimbəylinin bir-birindən maraqlı və düşündürücü sullarına dilçi yazarın da maraqlı cavabları olub. Başarılı iş adamı olmağın sirrini açıqlayan Şəmil Sadiqin qəhrəmanlarının kim olduğu da “Çöldə Yaşam Öyüdləri”ndə bəlli olur. Öz uğur açarını paylaşmaqla yanaşı, o, verilişdən gənclərə səslənir. Onun gənclərə səslənişi və öyüdləri verilişi bütün yaş quruplarından olan izləyicilər üçün maraqlı edir. Bütün bunlardan başqa verilişin daimi izləyiciləri üçün verilişin qonağının ərmağanla gəldiyini görmək bir yenilik olacaq.
“Çöldə Yaşam Öyüdləri” verilişinin bu dəfəki buraxılışının bir az debat, bir az diskusiya şəklində olması, verilişin aparıcısının səsləndirdiyi fikirləri də izləyicilər üçün maraqlı edir.
Köşə Səfər qeydləri və xatirələr

Ananı baladan ayıran bayram

e29222a00b

Dünən səhər oyanan kimi öz könül saflığı ilə oruc tutan anama zəng etdim. Anam qatı dindar olmasa da, yaylığını bağlayar, yaşmağını tutar, yas mərasimlərinə gedəndə lap çadrasını da örtər. Amma bu çadranın hicabdan fərqi onun artıq min illərdir özümüzünküləşməsidir. Hicab yox, örpəkdir. O, sadəliyi ilə dinə inanar. Uşaqlığımdan görmüşəm ki, sağlamlığı imkan vermədiyindən həmişə oruc tutmağa cəhd etsə də, baş ağrılarından dözə bilmədiyi üçün bir-iki günlə bu sevdasına son qoymuşdu. Amma son vaxtlar  müalicədən sonra, deyəsən, bacarır. Hə, Anama zəng etmişdim axı. Davamına bax

Səfər qeydləri və xatirələr

Koreya və türk xalqlarının bağları – Şəmil Sadiqin Seul konfransında çıxışı

22014890_10211368379817595_1100636914_n-768x576

F.ü.f.d., dos. Şəmil Sadiqin Koreyada Altay Xalqları festifalı çərçivəsində keçirilən Beynəlxalq konfransdakı çıxışını təqdim edirik.

Biz, adətən, dünyamıza yerdən baxmağa çalışırıq və bu zaman Yer gözümüzün görə bilmədiyi qədər böyük görünür.  Amma quş baxışı ilə yeri seyr edəndə o qədər də böyük olmadığının, yerdə yaşayanların hamısının vahid vətəni olduğu qərarına çox asan gələ bilirik… Davamına bax

Səfər qeydləri və xatirələr

Həyatımı dəyişən kitab

21691328_738106606376163_1762449976_n

Adətən, insanların həyatını oxuduqları kitab dəyişdirir, mənimsə bəxtimə yazdığım kitab düşdü.

Nizami adına Ədəbiyyat İnstitutunda aspirant idim. Həm 20 nömrəli məktəbdə, həm kurslarda dərs deyir, repetitorluqla məşğul olurdum. Yeni dərsliklər nəşr edildiyindən o vaxt şagirdlərin istifadə etdiyi akademik Möhsün Nağısoylunun Ədəbiyyat vəsaiti artıq fünksiyasını itirmişdi. Dərslikləri özündə əks etdirən yeni bir ədəbiyyat vəsaitinə ehtiyac var idi. Şagirdlərimə vərəq-vərəq yazıb verdiyim hissələr maraqla qarşılanırdı. Elə ideya da ordan gəlmişdi. Yay ayları ən münbit vaxt idi. Oturdum və yazdım. Davamına bax

Bölməsiz Səfər qeydləri və xatirələr

Şəkili Odər

18290020_10210178576673260_180847740_o-1

İdari işlərin sıx zamanında telefonuma bir zən gəldi… Ad var idi, amma sadəcə “Şəkili Odər” yazmışdım…

Tanıyıram, amma öz adını bilmirəm… Çünki bu adam ildə bir-iki dəfə zəng edər, yeni kitab varmı deyə soruşardı…

Bir İsa Muğanna aşiqidir. “OdƏrlər” romanımı oxuyandan sonra özlüyündə məni İsa Muğannanın varisi hesab edər, Ustada gələn Ünün artıq mənə ötürüldüynə inanır. Düzdür bir neçə nəfər bu mövzuda fikrini bildirən, gəlib görüşənlər olub. Bir dəfə də Lənkəranda iki Odər gəlmişdi. Davamına bax