Köşə Şeir

Get, istəyirsən, gəl­mədiyin yərə get…

photo5447583862680037468

Get, istəyirsən, gəl­mədiyin yerə get…

Hara gəldin ki, hara gedəsən?

Axı səni yalnız könl­üm gətirdi,

Axı sənin ruhun mənə ətirdi…

Gəldiyin yerdə nəyin kəsirdi?

Bir ürək verdim ki sənə şərabla dolu

Bir dilək verdim ki sənə sabahla dolu

Bir çiçək verdim ki sənə ləçəklə dolu

Axı niyə astanada durub, baxırsan elə…

Səni düşündürən nədir ki, axırsan elə

Yağmayan yağışlar ki­mi yağırsan,

Niye sevginin yolunda belə fağırsan?

Əgər qorxudursa səni bu sevgi sözü,

Onda mən də unudum.

Unutdum artıq…

Adını gəl özümüz qoy­aq…

Kimsə belə qoy­ub bu adı qədimdə,

Gəl indi biz qoyaq adını məhəbbətin də…

Amma birinci, içəri gəl sən!

Qəlbimin evində hüzur görərsən!

Sonra yaşayarıq qapı­sız bacasız eşq otağ­ında…

Diləyin döyünər, bal dodağında…

Saçların dağılar öz otağında…

Özünü özünə tanıdaram mən…

Özünü görərsən sən bizə gəlsən.

Gəl gör və yaşa…

Adını sonra qoyarıq.­..

İstəsən bu adsız dos­tluğu

Gözündən axmayan yaşa oyarıq.

Qorxma gəl, addım at, yapış elimdən…

Güvən bu əllərə, güv­ən bu gözə…

Gözlərin qonaq çağır­masa, gəlmərəm üzə…

Ya gəl, ya da …Ya da gəl…

Getmək istədiyində yolun açıqdı,

Əgər dönməyəcəksənsə, demək ki, heç gəlm­əmişdin…

Oxşar yazılar