Köşə

Meksikalı yazar Gene de Matlok: Ey dünya insanları, hamınız türksünüz!

1121

Bu kitabı ilk dəfə adına və müəllifinə görə almışdım. Çünki universitetdə öz müəllimlərimizdən, alimlərimizdən türkün ən qədim xalq, dünyanın ilk insanı olduğunu çox eşitmişdik. Amma bu ifadə bir az özünəaşiqlik kimi görünürdü. Çünki hər kəs, hər xalq özünü həmişə yüksəkdə tutar və dəyərləndirər. Bu, həqiqət olmasa belə. “Ey dünya insanları, hepiniz türksünüz!” adlı kitabı
Amerika əsilli bir Meksika aliminin yazması təəccüb və maraq doğurmaya bilmir. Qeyri bir türkün bu cür kitab yazması və cidd-cəhdlə türklərin ən qədim xalq olduğunu, dünyaya bir inanc sistemi ixrac etdiklərini elmi araşdırmalarla sübut etmə cəhdi və bunun üçün yetərli dəlillər göstərməsi bir türk kimi məni və bu sevda ilə alışıbyananları sevindirməyə bilməzdi.
Gene De Matlok Amerika vətəndaşıdır. Yeni Meksika  Universitetində oxumuşdur. Bakalavr pilləsindəki elmi işi “İspanya və Cənubi Amerika münasibətləri” adlanır. Sonra “Dəniz Piyadası”nın tərkibində Koreyaya getmişdir. Panama və Meksika daxil olmaqla bütün orta Amerikanı
gəzdikdən sonra Tulane Universitetində İspan dili üzrə magistr elmi dərəcəsini alıb təqaüdə çıxaraq müəllimliklə məşğul olmuşdur. Uzun illər apardığı araşdırmalarını 1980-ci ildən sonra daha intensivləşdirmişdir. Türk, hind və Amerika yerlilərinin ortaq cəhətlərini tədqiq edərək məqalə və kitablar yazmışdır. Tədqiqatçının “Hermes” nəşriyyatının “Ey dünya insanları, hepiniz türksünüz” (türkcəyə tərcümə edən Özgür Umut Hoşafçı) kimi tərcümə etdiyi “Türk, Hindistan, Meksika xalqlarını və katolizmini necə də qəribə bir sirr birləşdirir? Dini və dünyəvi
məfhumların qısa, ancaq hərtərəfli tarixi” (What Strange Mystery Unites the Turkish Nations, India, Catholicism, and Mexico?: A Concise but Detailed History of Things Divine and Earthly”) kitabını Azərbaycan dilinə uyğunlaşdırmaq və oxuculara təqdim etmək xoş bir duyğudur.
Tədqiqatçı yazar həyat yoldaşının ölümündən sonra onun ruhunun həmişə yanında olduğuna və dəstək verdiyinə inanaraq insanlığın və dünyanın fəlakətlərdən uzaq olacağı üçün nə edilməli olduğu mövzusunda araşdırma aparmağa başlayır. Asiya, Avropa, Cənubi və Şimali Amerikanı əhatə edən bu geniş araşdırmada, xüsusilə, “Tövrat”, “İncil”, “Quran” kimi müqəddəs kitablarda verilən insan mənşələri və simvolları tədqiq edilir. Bu istiqamət çox qəribə bir şəkildə onu türklərin ayaq izlərinə
gətirib çıxarır. İlk insanların türklərlə başlayıb daha sonra dünyaya yayıldığını, ilk danışılan dilin türkcə olduğunu, elmin, fəlsəfə və dinin yenə türklərdən başladığını söyləyir. İnsanların günəş enerjisi ilə necə vəhdətdə yaşaması həqiqətini anladır. İnsanlığın yaşadığı qarmaqarışıq və faciələrlə
dolu dünyanın ağ günə çıxmasının yolunu ancaq Orta Asiyanın və Türklərin tapa biləcəyini, daha mükəmməl dünya üçün gərəkli hərəkətləri ancaq onların edə biləcəyini iddia edir. Əgər bu olmazsa, dünyanın heç vaxt hüzur tapmayacağını söyləyir. Sonra yazar türklərə bir mesaj göndərir. Necə olur ki, türklər anadangəlmə filosof və şair olan, türk mədəniyyətini dünyaya yayan Bilgə Xa5
qanı tanımırlar. Türk dünyası görkəmli zəfərlərini məhz ona borcludur. Sonra müəllif müxtəlif tutarlı dəlillər gətirərək Orta Asiyanı mədəniyyətin beşiyi, türkləri isə onun sahibi kimi təqdim edərək yazır: “Türklər və hindlilər bütün dinləri insanlığa miras qoymuşlar”. Əsər haqqında geniş yazmağı düşünmürəm. Əminəm ki, Azərbaycan dilində ilk dəfə çap edilən bu kitab Azərbaycan türkologiyası, filologiyası, mifologiyası, dinifəlsəfi elmi üçün dəyərli bir qaynağa çevriləcəkdir. Sonda
onu da qeyd etmək istəyirəm ki, kitabın türk dilinə tərcüməçisinin mətnə etdiyi qeydlər və şərhlər də olduğu kimi saxlanılıb. Gənc tərcüməçi Sara Sadıqovanın iki ilə yaxın bir müddətdə dilimizə uyğunlaşdırdığı bu əsərin ağır terminologiya ilə zəngin olduğunu nəzərə alsaq, rast gəldiyiniz
hansısa tərcümə xətalarını anlayışla qarşılayacağınıza

Oxşar yazılar