Şeir

Qoca budaq

Capture

 

İçimde aradım özüm özümü

Budağı qırılmış ağacı gördüm,

Son işartısı sönmekde olan

Ocağı gördüm!

Bir də bir uşaq gördüm

ocaq başında,

Gözlərini ovurdu,

Acı tüstünü gah üfləyir,

Gah da qovurdu…

Gah küləkdən yardım isteyir,

Gah da felekden!

Gah eyilib ocağın gözüne

baxır,

Gah da özünden özüne

Axır…

 

Sonra birden bu uşaq

bir qocaya çevrildi.

Gözünde iller kederi,

Alnında yaşam qederi,

Basmışdı o bağrına

Günlerinin hederin!

Qoca da uşaq kimi çömelmişdi aşağı.

Lakin ocağın külü vardı sadəcə,

Durub-durub göyə baxardı Qoca…

Ocağı sönmüşdü qocanın!

Artıq işığını aydan alırdı

Qoca…

O qırılmış budaq həmənkiydi

Qocanın gözü kimi

Ele eyrice de bitmişdi,

Qozbelin beli kimi,

Qocanın yanında bir cüt de

qara göz vardı,

Esrlerden baxırdı,

Bir gözelin eşqle dolu baxışı tek,

Güneş altda parıldayan

Şelalenin axışı tek

Uluların ölmezlikden

xeber veren naxışı tek.

Amma günahkar idi,

sındırmışdı budağı

meduzanın baxışı tek…

Bir de,

Bir de illerin hesretini

özünde daşıyan kemşirin şerab!

Qoca yenə göye,

Göy şeraba,

Şerab göze baxırdı…

 

Şerab hemen şerabdı,

İki cüt gözün bir zamanlar

Gördüyü kimi…

Gözler hemen göz idi,

Birinde qırılmış ve qozbel olmuş budaq da vardı,

Birindəsə həmin budaqdan

özünü asmış

Bir cüt qara göz!!!

Qoca, şerab, budaq ve işaran köz!

Oxşar yazılar